Sənətçilər Qarabağa yola düşdülər - Video

   Sənətçilər Qarabağa yola düşdülər -    Video
  16 Oktyabr 2023    Oxunub:1204
Əməkdar artistlər Təyyar Bayramov, İlkin Əhmədov, Nurlan Növrəsli, Rəşad İlyasov, müğənnilər Nadir Qafarzadə, Murad Arif və başqaları Qarabağa yola düşüblər.
Bununla bağlı görüntüləri N. Qafarzadə instaqram hesabında paylaşıb. Sənətçilər Füzuli şəhəri günü münasibətilə konsert proqramında iştirak edəcəklər.

Qeyd edək ki, Füzuli şəhəri 2020-ci il 17 oktyabr tarixində Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilib. Bu il iyulun 31-də isə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Füzuli şəhəri günü (17 oktyabr) təsis edilib.



https://www.instagram.com/reel/CydQH6_xQN4/?utm_source=ig_web_copy_link&igshid=MzRlODBiNWFlZA==

AzVision.az








Teqlər:



Xəbər lenti