"İtkin düşmüş şəxslərin ailə üzvlərindən 1202 bioloji nümunə toplanılıb" - BQXK

   "İtkin düşmüş şəxslərin ailə üzvlərindən 1202 bioloji nümunə toplanılıb" -    BQXK
  17 Oktyabr 2023    Oxunub:1123
90-ci illərdə itkin düşmüş şəxslərin 523 ailə üzvündən 1202 bioloji istinad nümunəsi toplanılıb.
AzVision.az xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin media nümayəndələri üçün keçirilən tədbirdə deyilib.

Qeyd edilib ki, 1080 ailə üzvü ilə 30 müşayiətçi vasitəsilə təkrar əlaqə saxlanılıb.

“306 ailə üzvünə telefon zəngləri vasitəsilə psixososial dəstək göstərilib”,- deyə bildirilib.

Həmçinin əlavə edilib ki, 25 Qızıl Xaç məktubu vasitəsilə Yaxın Şərqdə qalmağa məcbur olan şəxslərlə onların Azərbaycandakı qohumları arasında əlaqə yaradılıb.

AzVision.az


Teqlər:



Xəbər lenti