ABŞ Ukraynaya yarım milyard dollar ayırdı

ABŞ Ukraynaya yarım milyard dollar ayırdı
  17 Oktyabr 2023    Oxunub:1299
ABŞ enerji sektorunu dəstəkləmək üçün artıq Ukraynaya 522 milyon dollar ayırıb.
Bu barədə Ukraynanın baş naziri Denis Şmıqal məlumat verib. Onun sözlərinə görə, ABŞ-ın dəstəyi ilə istehkamçıların hazırlanması üçün xüsusi təlim mərkəzi yaradılıb: “Biz həmçinin USAID (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) ilə kiçik və orta biznesə dəstək proqramları üzərində səmərəli işləyirik”.

Qeyd edək ki, enerji obyektlərinin mühafizəsi məsələsi Ukrayna Prezidenti yanında Yerli və Regional Hakimiyyətlər Konqresinin Rəyasət Heyətinin iclası zamanı müzakirə olunub. Görüşdə ABŞ-ın Ukraynanın İqtisadiyyatının Bərpası üzrə xüsusi nümayəndəsi Penni Pritzker iştirak edib.

AzVision.az


Teqlər:



Xəbər lenti