“Bəs bunlar hər il yüz milyonlarla dollar pul yığırdılar, hara xərcləyiblər?”

   “Bəs bunlar hər il yüz milyonlarla dollar pul yığırdılar, hara xərcləyiblər?”
  17 Oktyabr 2023    Oxunub:1337
“Onlar nəinki, buraları dağıtmışlar, vaxtilə yaşadıqları yaşayış məntəqələrində də heç bir iş görülməyib, sovet vaxtında necə var idisə, elə də qalıb. Mən oranın hər tərəfini dəfələrlə gəzmişəm. Adam o kəndlərin vəziyyətinə baxanda, özünə sual verir ki, bəs, bunlar hər il yüz milyonlarla dollar pul yığırdılar, telemarafon düzəldirdilər, Los-Ancelesdə, Fransada, bəs, o pulları hara xərcləyiblər? Onlardan gərək soruşsunlar”.
AzVision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 17-də Füzuli Şəhəri Günündə şəhərə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib.

“Orada bir dənə də daş-daş üstə qoyulmayıb, indi yəqin ki, insanlar oraya gedib görəcəklər, elə necə var idi, dağılmış, çox bərbad vəziyyətdə”, - Azərbaycan Prezidenti vurğulayıb.

AzVision.az


Teqlər:



Xəbər lenti