Hikmət Hacıyev: “Köhnə Füzulinin barbar xarabalıqları işğalın faciəvi xatırlatmasıdır”

   Hikmət Hacıyev:    “Köhnə Füzulinin barbar xarabalıqları işğalın faciəvi xatırlatmasıdır”
  17 Oktyabr 2023    Oxunub:1090
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasındakı hesabında Füzulidən video paylaşıb.
“Füzuli sakinləri diplomatik korpusun iştirakı ilə 17 oktyabr - Şəhər Gününü qeyd edirlər. Məhz 2020-ci ilin bu günündə Füzuli 30 illik erməni işğalından azad edilib. Keçmiş məcburi köçkünlər və qaçqınlar yeni tikilən binalara qayıdırlar, uşaqlar məktəbə gedirlər.

Sağda köhnə Füzulinin barbar xarabalıqları - işğalın faciəvi xatırlatmasıdır”, - deyə H.Hacıyev yazıb.


AzVision.az



Teqlər:



Xəbər lenti