Vaqif Xaçatryanın məhkəməsi olub, zərərçəkmişlər dindirilib - YENİLƏNİB+VİDEO

 Vaqif Xaçatryanın məhkəməsi olub, zərərçəkmişlər dindirilib -  YENİLƏNİB+VİDEO
  18 Oktyabr 2023    Oxunub:2226
Bu gün qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəmə prosesi keçirilib.
AzVision.az xəbər verir ki, məhkəmədə zərərçəkmişlərin ifadələri alınıb.

Məhkəmənin növbəti iclası oktyabrın 24-ə təyin edilib.

***
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsi davam edir.

AzVision.az xəbər verir ki, məhkəmə prosesində zərərçəkmişlər ifadə edib.

Zərərçəkmiş Şamil Kazımov bildirib ki, Vaqif Xaçatryan ın dəstəsi kəndin hər qarışını bilirdi. "Bu adamların hamısı bizim evdə olub. Xaçataryan sinəsini qabağa verib yol kəsirdi. Gecə 4-dən sonra bunlar anti- Azərbaycan təbliğatı aparan kinolar göstərirdi. İnsan baxanda dəhşətə gəlirdi".

Vaqif XaçaturyanŞamil Kazımovu tanıdığını və onunla hər gün bir çaynik çay içdiyini deyib.

Ş.Kazımov: "Mən sizin xislətinizi bilirəm. Bu qədər qırğınlara səbəb olana elə bir cəza verin ki, ölənə kimi zülm çəksin".

Zərərçəkmiş Şamil Kazımov: "Bu dəstə bizim kəndin hər qarışını bilirdi. Bu adamların hamısı bizim evdə olub. V. Xaçataryan sinəsini qabağa verib yol kəsirdi.
Gecə 4 - dən sonra bunlar anti- Azərbaycan təbliğatı aparan kinolar göstərirdi. İnsan baxanda dəhşətə gəlirdi.

Vaqif Xaçaturyan: Mən bu şəxsi tanıyıram. Hər gün birgə bir çaynik çay içirdik.

Zərərçəkən: "Mən sizin xislətinizi bilirəm. Bu qədər qırğınlara səbəb olana elə bir cəza verin ki, ölənə kimi zülm çəksin.

Zərərçəkən Zeynalov Məhəmməd:" Vaqifi qəşəng tanıyıram. Kəndi vururdular, yanırdı.Biz bunların hamısı ilə çörək kəsmişdik. Hadisə baş verən gün kəntdə olmuşam.
V.Xaçaturyan: Mən sənlə birgə odun da kəsmişəm. Ancaq mən Meşəli kəndlərində olmamışam.

Zərərçəkən: Kamalın evinin üstündən vururdun bizi. Bəs məni haradan tanıyırdın?



***
Zərərçəkmiş Arzu Rüstəmov: "Mən Vaqifi tanımıram. Özüm Ağdamda yaşayırdım. Dekabrın 24 də qardaşım Rüstəmov Hidayət Eldaroğlunun yanmış külü gətirilib. O, Meşəliyə polis nəfəri kimi ezam olunmuşdu. Onun meyitini Ağdamdan gedəndən polislər gətirdi. Xaçaturyan qoy asılsın".

Digər zərərçəkmiş qismində ifadə verən Bəsti Behbudova bildirib ki, hadisələr baş verən zaman uşaq olub və atası güllə yarası alıb:"Vaqifin adını kənd camaatından eşitmişdim. Hadisəni törədənlərdən biri olub. Mən istəməzdim ki, bu adam yaşasın".

Zərərçəkmiş Bayram Hacıyev :" Kənddə hamı bir ağızdan Vaqifin dəstəsi deyirdi. Orda Ernest, Armayis adlı şəxslərin adını çəkirdilər. Vaqif onlarla birgə bu cinayətləri törədib. Novruz dayıgili, uşaqları, Qənimətgili qırmışdılar, od vurmuşdular. Uşağı çaydandan qaynar su töküb yandırmışdılar. Ağsaqqallar hamısı deyirdilər ki, Vaqifin dəstəsi hamısını qırıb . Ömürlük cəza verilməsini istəyirəm".

Daha sonra Vaqif Xaçatryan danışıb. O, insanları qırdığı barədə hansı camaatın danışdığını soruşub.

B. Hacıyev: - qırdığınız camaat.
V.Xaçatryan - mən sənin atanı yaxşı tanıyırdım...
B.Hacıyev: - tanıyırdınsa niyə bizə bu divanı tuturdunuz?

Zərərçəkən Ədalət Salmanov: "Armayis adlı erməni səsgücləndirici ilə xəbər verdi ki, təslim olun. Xəlil əmi onu səsindən tanıdı. Əsas hadisələrin başında duran Vaqifin dəstəsi idi. Daşbulaqda maşınıma od vurub yandırdılar. Bizə etmədikləri işgəncə qalmayıb. Hər cür əzab- işgəncə görmüşük. Hücum vaxtı zamanı Xəlil əmi şəhid oldu. Əmim oğlu Təyyar Salmanovu vurmuşdular. Şuşaya xəstəxanaya apardım".

Zərərçəkmiş Fazil Hacıyev qeyd edib ki, Vaqif qonşu kənddə yaşayırdı işləyirdi: "Bizim kəndə gəlib - gedirdi. Bir evdə beş nəfəri yandırdılar. Hər şey gözümün qarşısında olub. Bizim tək yolumuzu da kəsmişdilər. Biz kəndin mühafizəsini həyata keçirirdik. Məktəbdə diri-diri adamları yandırmışdılar. Tək bu deyildi. Dəstəsi ilə birgə camaata divan tutdular. Yaxın qohumlarım olan Dilrubəni yaraladılar, Allahverdini vurdular. Təcili yardımda polis əməkdaşını gülləyən də bu, olub".

Vaqif Xaçatryan isə bu yaşa qədər heç nə etmədiyini və həbs olunduğunu bildirib. Hakim isə cavabında qeyd edib ki, o, həbs olunmamışdan uzun illər əvvəl kənd camaatı məhz onun adını çəkiblər.


***
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçaturyanın məhkəməsinin baxış iclası başlayıb.

AzVision.az xəbər verir ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır.

Prosesdə dövlət ittihamçıları - Baş prokurorun böyük köməkçisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov və ədliyyə müşaviri Cövdət Mehrəliyev tərəfindən V.Xaçaturyanın ittiham aktının elan edilməsi gözlənilir.

Eyni zamanda məhkəmə prosesində zərərçəkmiş şəxslər ifadə verəcəklər.

İş üzrə zərərçəkmiş kimi 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb.



Xatırladaq ki, Vaqif Xaçaturyanın iştirakı ilə Qarabağ iqtisadi rayonunda yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin tərkibində Xocalı (keçmiş Əsgəran rayonu ərazisində) rayonunun Meşəli kəndində yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı, təqib etmə, didərgin salma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma cinayətləri nəticəsində ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan Respublikasının digər ərazilərinə didərgin salınıb, kənd sakinlərinə ümumilikdə 13 568 060 manat, dövlətə isə 130 800 manat məbləğində maddi ziyan vurulub.

12 noyabr 2013-cü il tarixdə Xaçaturyan Vaqif Çerkezoviç barəsində Cinayət Məcəlləsinin 103 və 107-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilib, 14 noyabr 2013-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib və 21 noyabr 2013-cü il tarixdə axtarışı elan edilərək müvafiq sənədlər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinə və İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosuna göndərilib.

29 iyul 2023-cü il tarixdə Xaçaturyan Vaqif Çerkezoviç səhhəti ilə bağlı Ermənistan Respublikasının ərazisinə keçmək istəyən zaman Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub və həmin tarixdə ona Cinayət Məcəlləsinin 103 və 107-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bu il sentyabrın 22-də təqsirləndirilən şəxs Vaqif Xaçaturyana Cinayət Məcəlləsinin müvafiq maddələri ilə yenidən ittiham elan edilib və sentyabrın 29-da isə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti