Əmək münasibətlərinin rəsmiləşdirilməsi barədə maarifləndirici tədbir keçirilib

Əmək münasibətlərinin rəsmiləşdirilməsi barədə maarifləndirici tədbir keçirilib
  18 Oktyabr 2023    Oxunub:1278
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti “Əmək münasibətlərinin rəsmiləşdirilməsi, əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları” mövzusunda marifləndirici tədbir keçirib.
AzVision.az xəbər verir ki, tədbirdə aidiyyəti dövlət qurumlarının və müxtəlif sahələrdə fəaliyyət göstərən işəgötürənlərin nümayəndələri iştirak edib.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsinin rəisi Rüfət Əliyev açılış nitqində ölkədə son 5 il ərzində icra olunan sosial islahat paketləri və işçilərin əmək hüquqlarının qorunması sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Tədbirdə “Heydər Əliyev və Azərbaycanda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sisteminin qurulması” adlı videoçarx nümayiş etdirilib.

Mövzu ilə bağlı Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Xidmətin Bakı Şəhər İdarəsinin təmsilçiləri qanunvericiliyinin tələbləri barədə çıxış ediblər.

İnteraktiv formada keçirilən görüşdə əmək qanunvericiliyinin tətbiqi zamanı yaranan suallar və təkmilləşdirilməsinə ehtiyac olan məsələlər, əmək qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti sahəsində həyata keçirilən islahatlar ətrafında müzakirələr aparılıb və tədbir iştirakçıların sualları cavablandırlıb.
AzVision.az

Qalereya




Teqlər: Əmək   müfəttişlik  



Xəbər lenti