Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsinin rəisi Rüfət Əliyev açılış nitqində ölkədə son 5 il ərzində icra olunan sosial islahat paketləri və işçilərin əmək hüquqlarının qorunması sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Tədbirdə “Heydər Əliyev və Azərbaycanda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sisteminin qurulması” adlı videoçarx nümayiş etdirilib.
Mövzu ilə bağlı Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Xidmətin Bakı Şəhər İdarəsinin təmsilçiləri qanunvericiliyinin tələbləri barədə çıxış ediblər.
İnteraktiv formada keçirilən görüşdə əmək qanunvericiliyinin tətbiqi zamanı yaranan suallar və təkmilləşdirilməsinə ehtiyac olan məsələlər, əmək qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti sahəsində həyata keçirilən islahatlar ətrafında müzakirələr aparılıb və tədbir iştirakçıların sualları cavablandırlıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


