“Prezidentin kövrəlməsi mənə çox təsir etdi”
Prezident İlham Əliyev ilə görüşünün ona əvəzolunmaz hiss bəxş etdiyini vurğulayan G.Abbasova bildirib ki, Ali Baş Komandanı yaxından görmək qürurverici idi:
“Bu görüşün təsirindən həm də kövrəldim. Prezidentimiz bizimlə görüşdə bildirdi ki, qələbəni əldə edən əsgərdir, zabitdir. O gedir, o, sinəsini qabağa verir, o, ölümə gedir və bayrağı da qaldıran odur. Onların qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir və silinməyəcək. Prezident İlham Əliyev bu sözləri deyərkən oğlumun timsalında bütün şəhidlərimiz gözümün önündə canlandı. Dövlət başçısının nitqində kövrəlməsi mənə çox təsir etdi. Azərbaycan Prezidentinin halımı bir çox insandan yaxşı başa düşməsi məni sakitləşdirdi. Mən canlı şahidi oldum ki, o, şəhid analarına necə diqqət və qayğı ilə yanaşır. Dövlətin qayğısını daim hiss edirik. Mən şəhid anası kimi övladımla fəxr edirəm. Arzum budur ki, uca yaradan Prezident İlham Əliyevi daim var etsin. Mən Prezidentimizlə qürur duyuram”.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


