Cəbrayılın Horovlu kəndi necə olacaq? - VİDEO

   Cəbrayılın Horovlu kəndi necə olacaq? -    VİDEO
  19 Oktyabr 2023    Oxunub:1622
İşğaldan azad edilən Cəbrayıl rayonunun Horovlu kəndinin gələcəkdə necə olacağını nümayiş etdirən videoçarx yayımlanıb.
Şərqi Zəngəzur 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin hazırladığı videoda işğal illərində kəndin dağıntıları əks olunur, eləcə də tamamilə yenidən qurulacaq kəndin yeni siması göstərilir. Evlər təbiətlə ahəngdə – dayanıqlı kənd, yaşıl enerji, dayanıqlı nəqliyyat prinsiplərinə uyğun şəkildə hazırlanacaq.

Xatırladaq ki, Cəbrayıl rayonunun Horovlu kəndinin təməli bu il mayın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Birinci mərhələdə bu kənddə 1 395 nəfərin köçürülməsi üçün 334 fərdi evin tikintisi planlaşdırılıb.

Həmçinin, işğaldan azad olunmuş Cəbrayıl rayonunun Horovlu kəndinə köçürüləcək əhalinin içməli su tələbatını qarşılamaq üçün kəhrizlərin bərpası istiqamətində işlərə başlanılıb.



AzVision.az


Teqlər:



Xəbər lenti