Polis həmin sürücüyə mükafat verdi - Video

   Polis həmin sürücüyə mükafat verdi -    Video
  19 Oktyabr 2023    Oxunub:983
Bir neçə gün əvvəl müxtəlif media subyektlərində, eləcə də sosial şəbəkə seqmentlərində paytaxtın Heydər Əliyev prospektində “BMW” markalı, 99-XX-529 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Vələdov Əfqan Mirzəli oğlunun digər sürücüyə köməklik etməsi ilə bağlı videogörüntü yayılıb.
Daxili İşlər Nazirliyindən AzVision.az -a verilən məlumata görə, bununla əlaqədar sürücü Ə.Vələdov Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev tərəfindən dəvət olunub və etdiyi əmələ görə ona təşəkkür edilib.

Bununla yanaşı Ə.Vələdovun araşdırma zamanı il ərzində kobud qayda pozuntusu etmədiyi müəyyən edilmiş və nümunəvi sürücü olduğu üçün ona mükafat təqdim edilmişdir.



AzVision.az


Teqlər:



Xəbər lenti