"Dünyada sülhün inkişafı naminə töhfələr verən məhz qadınlardır"

    "Dünyada sülhün inkişafı naminə töhfələr verən məhz qadınlardır"
  19 Oktyabr 2023    Oxunub:880
"Dünyada sülhün inkişafı naminə töhfələr verən məhz qadınlardır".
AzVision.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI Qurultayında çıxışı zamanı deyib. O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərə qayıdan əhalinin, xüsusilə qadınların işlə təminatı, sosial müdafiəsini gücləndirilməsi, yeni işlərinin açıqlaması dövlət tərəfindən nəzərə alınıb.

"Ümumilikdə, “Böyük Qayıdış” layihəsi çərçivəsində 19 iyul 2022-ci il tarixindən bu günə qədər Zəngilana, Laçına, Füzuliyə, Tərtərə, Ağalıya, Zabux və Talış kəndlərinə ümumilikdə 520 ailə (2104 nəfər) köçürülüb. Ümumilikdə Qarabağ və Şərqi Zəngəzura 34500 ailənin köçürülməsi nəzərdə tutulur ki, bu da 160 minə yaxın vətəndaşın qayıtması deməkdir".

B.Muradova qeyd edib ki, Azərbaycanda qadınların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakının təmin edilməsi xətti də məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

"Həmçinin bu il, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə baş tutan Azərbaycan Qadınlarının I Qurultayından 25 il ötür. Bu Platforma ictimai-siyasi həyatımızda dönüş nöqtəsi olmaqla, onun özünün qeyd etdiyi kimi gələcək üçün mütəşəkkil qadın hərəkatının da əsasını qoyub.

Bu hərəkatın uğurunu təmin etmək üçünsə yüksək təhsilə, peşəkar bacarıqlara yiyələnən, ictimai-siyasi proseslərə həvəslə qatılmağa hazır qadınlara ehtiyac olub. Onun ölkəmizə rəhbərliyinin bütün illərində xidmət müəssisələrində, istehsalatda çalışan nə qədər gənc qızımız işləməklə bərabər tələbə adını qazanıb öz fərdi taleyində böyük bir dönüşə nail olub. Həmin qızar, qadınlar potensiallarını gerçəkləşdirmək imkanı qazandılar, onlara olan inamı, etimadı doğrultdular və müxtəlif vəzifə pillələrində irəli çəkildilər. Beləcə, ölkəmizi bütün dünyada layiqincə təmsil edən neçə-neçə alimimiz, mədəniyyət xadimimiz, idmançılarımız, savadlı və dünyagörüşlü qadınlarımız yetişib".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti