Qadın sahibkarlara bu il 9,9 milyon güzəştli kredit verilib
O qeyd edib ki,xüsusilə kiçik və orta sahibkarlıqda biznes fəaliyyətinin dəstəklənməsi məqsədilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən təkcə 2023-cü ilin yanvar-avqust ayları ərzində 140 qadın sahibkara ümumilikdə 9,9 milyon manat güzəştli kredit verilib:
“2022-ci ildə iqtisadi fəal əhalinin tərkibində qadınlar 48,3%, məşğul əhalinin arasında 47,8% təşkil edib. 2023-cü il iyulun 1-nə olan məlumata əsasən qadın sahibkarların sayı 285 min 705 nəfər (ümumi sahibkarlar içərisində 22,4%) təşkil edib.
Həmçinin aqrar sektor üzrə yaradılan yeni qadın kooperativləri və qadın fermerlərə verilən subsidiya və güzəştli kredit məbləğlərinin artırılması onların iqtisadi yüksəlişə bərabər töhfə vermək imkanlarını artırır. Aqrar fəaliyyətlə məşğul olan qadınların kənd təsərrüfatına dair məlumatlara, maliyyə resurslarına və bazarlara çıxış imkanlarına dəstək verən fəaliyyətlərin davam etdirilməsi özlüyündə regionların həm iqtisadi, həm də sosial həyatında bərabər iştirak üçün qadınlara yeni imkanlar yaradır”.
B.Muradova bildirib ki, bu səbəbdən də qadın və qızlarımızı motivasiya etmək, özgüvənlərini, onların bu sahələrdə rolunu və çəkisini artırmaq xüsusi aktuallıq kəsb edir.
“Davos İqtisadi Forumunun məlumatına əsasən, dünyada elm, texnologiya, mühəndislik və riyaziyyat fənləri üzrə təhsil alanların 35%-i qadınlardır. Azərbaycanda bu göstərici 40% təşkil edir.
Bu gün təhsil hüquqlarından hərtərəfli istifadə edən qadın cəmiyyət və dövlət həyatının ümumi inkişafına fayda verə bilir. Digər tərəfdən isə toplumun gələcəyi olan savadlı, sağlam düşüncəli yeni nəsil yetişdirir.
Komitə sədrinin sözlərinə görə, qadın və gender məsələləri sahəsində 161 təşkilat fəaliyyət göstərir.
“Həmin təşkilatlardan 155-nə qadınlar rəhbərlik edir.Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-cü ildə elan etdiyi müsabiqədə “Ailə, Qadın, Uşaq və Gender Məsələləri” istiqaməti üzrə 56 layihə maliyyələşib. Layihələrin ümumi büdcəsi 427500 manat təşkil edib.
Bu gün Azərbaycan qadınının hər bir sahədə qazandığı nailiyyətlər hamımızın məsuliyyətini daha da artırır, gələcək nəsillər üçün davamlı inkişafa yol açır. Ölkəmizdə bərqərar olan mühit onların zəngin potensialının gerçəkləşdirilməsi üçün əlverişli zəmin yaradır”.
Aytən Zəhra
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


