Şagirdlərin "dilək ağacı" ətrafındakı fotosu ilə bağlı açıqlama

   Şagirdlərin "dilək ağacı" ətrafındakı fotosu ilə bağlı    açıqlama
  19 Oktyabr 2023    Oxunub:1489
Qazax rayon Cəfərli kənd tam orta məktəbinin şagirdləri rayondakı pirlərdən birinə aparılıb və "dilək ağacı" ətrafında onların fotosu çəkilib.
AzVision.az xəbər verir ki, bu barədə məktəbin "Facebook" səhifəsində foto paylaşılıb və ictimai qınaqlardan sonra foto silinib.

Qazax-Tovuz Regional Təhsil İdarəsindən məsələyə aydınlıq gətirilib.

İdarədən AzVision.az -a bildirilib ki, Qazax rayon Cəfərli kənd tam orta məktəbi tərəfindən şagirdlərin məktəbdənkənar asudə vaxtlarının təşkili məqsədilə kənd ərazisində olan tarixi yerlərə ekskursiya təşkil edilib.

"Həmin ərazidə olan ağacın ətrafında şəkil çəkilib. Həmin şəkil yalnışlıqla məktəbin rəsmi "Facebook" səhifəsində paylaşılıb" - deyə cavabda qeyd olunub.



AzVision.az


Teqlər:



Xəbər lenti