"İtkin düşmüş 4 minə yaxın soydaşımızdan 267 nəfəri qadındır"

   "İtkin düşmüş 4 minə yaxın soydaşımızdan 267 nəfəri qadındır"
  19 Oktyabr 2023    Oxunub:1122
"Birinci Qarabağ müharibəsi nəticəsində qaçqın və məcburi köçkün düşmüş 1 milyona yaxın soydaşımızın 52 faizini qadınlar təşkil edir".
AzVision.az xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva Azərbaycan Qadınlarının Vl qurultayında çıxışı zamanı deyib.

"Eyni zamanda iktin düşmüş 4 minə yaxın soydaşımızdan 267 nəfəri qadın olmuşdur. Təəssüflər olsun ki, dəfələrlə müraciət olunmasına baxmayaraq hələ də Ermənistan tərəfindən onların taleyi ilə bağlı heç bir məlumat verilməyib. Bu bir həqiqətdir ki, baş verən bütün silahli münaqişələr, müharibələr, təbii fəlakətlər zamanı ən böyük çətinlik məhz həssas təbəqələr kimi qadın və uşaqların uzərinə düşür".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti