"Azərbaycanda hər 5 sahibkarın biri qadındır"

   "Azərbaycanda hər 5 sahibkarın biri qadındır"
  19 Oktyabr 2023    Oxunub:930
"Ölkədə həm Ağdam, həm "Araz Vadisi İqtisadi Zona" Sənaye Parkında, həm də texnoparklarda və aqroparklarda qeydiyyatdan keçən sahibkarların bir qismi qadın sahibkarlardir. Bu gün Azərbaycanda hər 5 sahibkarın biri qadındır".
AzVision.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Azərbaycan Qadınlarının VI qurultayında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, qadınların sahibkarlıq fəaliyyətinə dövlətin böyük ümidləri var:" Hazırda Qarabağda və Şərqi Zəngəzurda təhsil və səhiyyə sektorunda, eləcə də məşğulluqda qadınlar böyük paya malikdirlər"

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti