Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsindən bildirilib ki, şəhərin 14-cü məhəlləsi ərazisində ailə münaqişəsi zəminində baş vermiş hadisə ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 19.10.2023-cü il tarixində saat 09:10 radələrində 1984-cü il təvəllüdlü Elvira Məmmədova bədənin çoxsaylı kəsilmiş, deşilmiş yaraları ilə daxil olub. Hadisə zamanı vurulan zərbələrdən ikisi döş və qarın boşluğuna nüfuz edib. Əməliyyat olunan E.Məmmədova Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
Eyni zamanda E.Məmmədovanın həyat yoldaşı 1987-ci il təvəllüdlü Mehman Rüstəmov da aldığı xəsarət səbəbilə tibb müəssisəsinə gətirilib. Ona xaya kisəsinin cırılması diaqnozu qoyulub və əməliyyat olunub. Hazırda Cərrahiyyə şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti qənaətbəxşdir.
AzVision.az