Brüsseldə “Kəmər və yol”a alternativ müzakirə ediləcək

   Brüsseldə “Kəmər və yol”a alternativ müzakirə ediləcək
  19 Oktyabr 2023    Oxunub:775
Avropa İttifaqı Çinin “Bir kəmər - bir yol” təşəbbüsünə alternativ proqramın hazırlanması üçün oktyabrın 25-26-da Brüsseldə “Global Gateway” forumu keçirəcək.
Bloomberg agentliyi bu barədə Brüsseldəki mənbələrinə istinadla məlumat yayıb. Artıq Banqladeş, Namibiya, Moldova və Seneqal liderləri tədbirdə iştiraklarını təsdiqləyiblər.

Forumda, həmçinin “Orange” və “Telefonica” telekommunikasiya texnologiyası kompaniyaları, “Allianz” sığorta şirkəti, “Siemens” və “Alstom” maşınqayırma korporasiyaları, “Danone” qida sənayesi nümayəndəsi, həmçinin “Enel” energetika şirkəti kimi Avropa İttifaqının böyük kompaniyaları da təmsil olunacaq.

Avropa İttifaqı tədbirdə Konqo və Zambiya ilə “kritik xammalın” tədarükü barədə müqavilələr imzalamağı planlaşdırır. Bu sənədlər Afrikada Konqo və Zambiyanı Anqolanın Atlantik okeanı sahilində yerləşən Lobito limanı ilə birləşdirəcək nəqliyyat dəhlizinin inkişafı üzrə Aİ-nin daha geniş proqramının bir hissəsi olacaq.

AzVision.az


Teqlər:



Xəbər lenti