Qanunsuz ov edən şəxs saxlanılıb

Qanunsuz ov edən şəxs saxlanılıb
  19 Oktyabr 2023    Oxunub:1102
Zəvvar Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.
Bu barədə AzVision.az -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən məlumat verilib.

Bildirilib ki, xidmətin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Zəvvar Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz ov edən şəxs saxlanılıb və ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

Faktla bağlı qanun pozucusu barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.

AzVision.az



Teqlər:



Xəbər lenti