Naxçıvanda 50 yaşlı kişi bıçaqlandı, saxlanılan var

   Naxçıvanda 50 yaşlı kişi bıçaqlandı, saxlanılan var
  19 Oktyabr 2023    Oxunub:794
Oktyabrın 19-da Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yengicə kənd sakini 1973-cü il təvəllüdlü Fariz Ağayevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə AzVision.az - a Naxçıvan Muxtar Respublikası Prokurorluğundan məlumat verilib.

İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Elvin Zaxarovun aralarında yaranmış mübahisə zamanı Yengicə kəndi ərazisində Fariz Ağayevə bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şərur rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və Elvin Zaxarov şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

AzVision.az


Teqlər:



Xəbər lenti