Siyəzəndə itkin düşən oğlanın meyiti tapıldı

   Siyəzəndə itkin düşən oğlanın meyiti tapıldı
  19 Oktyabr 2023    Oxunub:873
Samur-Abşeron kanalının Siyəzən rayonunun Zarat kəndi ərazisindən keçən hissəsində meyiti aşkarlanan 23 yaşlı Rafael Ramazanovun itkin düşdüyü məlum olub.
APA-nın məlumatına görə, o, mayın 12-də səhər saatlarında yaşadığı Quba rayonunun Söhüb kəndindəki evindən çıxıb və bir daha geri qayıtmayıb. Onun cəsədi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran Rayon Şöbəsində müayinə edilib. Mərhumun hansı səbəbdən ölməsi araşdırılır.

Faktla bağlı Siyəzən rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər:



Xəbər lenti