Binəqədidə ev yanıb

Binəqədidə ev yanıb
  19 Oktyabr 2023    Oxunub:894
Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 40 m² olan birmərtəbəli 1 otaqlı evin dəhlizində 1 ədəd qaz sobası və 1 ədəd yataq dəsti yanıb.
AzVision.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 10 m² sahədə əriyib və 2 ədəd qapı qarsalanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:



Xəbər lenti