Şəhid ailələri və müharibə əlillərinə 50 mənzil verildi

Şəhid ailələri və müharibə əlillərinə 50 mənzil verildi
  20 Oktyabr 2023    Oxunub:1065
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə Bakının Ramana, Kürdəxanı qəsəbələrində və Abşeron rayonundakı yeni yaşayış komplekslərindən 50 mənzil təqdim edilib.
20 Oktyabr - Zəngilan Şəhəri Günündə 4 saylı DOST Mərkəzində mənzillərin sənədlərinin təqdim edilməsi tədbiri keçirilib.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədrinin müavini Zaur İbrahimov iştirak edib.

AzVision.az


Teqlər:



Xəbər lenti