Xədicə İsmayıl tiroid xərçəngindən əziyyət çəkir - FOTO

   Xədicə İsmayıl tiroid xərçəngindən əziyyət çəkir  - FOTO
  20 Oktyabr 2023    Oxunub:1523
"Azadlıq Radiosu"nun Bakı bürosunun keçmiş əməkdaşı Xədicə İsmayılın səhhətində ciddi problemlər yaranıb.
Uzun müddətdir üzə çıxmayan jurnalist bununla bağlı sosial şəbəkə hesabında yazıb: "Bir neçə aydır, görünmürəm. Səhhətimlə bağlı problemlər var, həll edirəm. Tiroid xərçəngindən əməliyyat olunmuşam. Hər şey yaxşı olacaq".

O qeyd edib ki, artıq işə çıxır: "Amma efirdə deyiləm. Səs tellərimin durumu imkan vermir. Müsahibə də verə bilmirəm. Üzrlü sayın. Məsələyə müsbət tərəfdən baxaq - artıq istəsəm də gəvəzəlik edə bilmərəm".

Tural Tağıyev
AzVision.az



Teqlər: Xərçəng   Jurnalist  



Xəbər lenti