Noyabrda ardıcıl beş gün iş olmayacaq

      Noyabrda ardıcıl beş gün iş olmayacaq
  20 Oktyabr 2023    Oxunub:1016
Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 10 noyabr iş günü ilə 4 noyabr istirahət gününün yerləri dəyişdirilib.

Beləliklə, noyabr ayında ardıcıl beş gün - 8, 9, 10, 11 və 12 noyabr tarixləri qeyri-iş günü olacaq. Noyabrın 4-ü - şənbə günü isə rəsmi iş günüdür.

AzVision.az


Teqlər:



Xəbər lenti