|
|
88 yaşlı kişinin gəlinini öldürməsinin detalları |
Mərkəzə daxil olarkən Y.Dadaşov koma vəziyyətində olub. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb, o, bu gün dünyasını dəyişib.
Xatırladaq ki, hadisə oktyabrın 19-u Y.Dadaşovun Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən fərdi yaşayış evində qeydə alınıb. Belə ki, o, aralarında yaranan mübahisə zamanı gəlini, 1964-cü il təvəllüdlü Gülnarə Dadaşovanı ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinib.
Faktla bağlı cinayət işi başlanıb.
***
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Yaşar Dadaşov Azərbaycanın məşhur dənizçilərindən biri olub və 2003-cü ildə “Şöhrət” ordeni ilə təltif edilib.
Belə ki, 1935-ci ildə Bakıda anadan olan Y.Dadaşov 1951-ci ildə Qafur Məmmədov adına Bakı Dənizçilik Məktəbinə daxil olub. 1955-ci ildən dənizçilik fəaliyyətinə başlayan Yaşar Dadaşov gəmi kapitanı kimi uzun illər xarici sularda üzüb. O, bir çox orden və medallara layiq görülübmüş.


88 yaşlı kişi gəlinini güləlləyib öldürdü - YENİLƏNİB
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


