Vitali Balasanyan İrəvandakı Rusiya səfirliyinə sığınıb

   Vitali Balasanyan İrəvandakı Rusiya səfirliyinə sığınıb
  20 Oktyabr 2023    Oxunub:1237
“Hraparak” özünü buraxmış qondarma “Artsaxın təhlükəsizlik şurasının keçmiş katibi”, Xocalı qatili Vitali Balasanyanla bağlı yeni məlumatlar yayıb.
Bildirilir ki, Vitali Balasanyan Qarabağdan İrəvana gəldikdən sonra şahid qismində dindirilmək üçün Milli Təhlükəsizlik Xidmətinə dəvət olunub. Daha sonra onun barəsində başlanmış cinayət işinə xitam verilib, oğluna qarşı isə iş başlanıb. Yaxınları deyir ki, Vitali Balasanyan onlarla əlaqə saxlamır, telefon zənglərinə belə cavab vermir.

Onun nə işlə məşğul olduğunu bilmirlər. Qəzetin əməkdaşı bir qədər əvvəl onu Rusiyanın Ermənistandakı səfirliyindən çıxarkən görüb. O, boz rəngli “Nissan” markalı avtomobilə əyləşərək gedib.

Qeyd edək ki, Balasanyan Xocalı soyqırımının törədilməsində yaxından iştirak edib, çoxsaylı müharibə cinayətləri törədib. 1999-cu ilin sentyabrından 2005-ci ilə qədər qondarma qurumun “müdafiə nazirinin müavini” vəzifəsini tutub.

Azərbaycanın 19-20 sentyabr 2023-cü il tarixli antiterror tədbirlərindən sonra V.Balasanyan Qarabağdan Ermənistana qaçıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti