Bakı Təşəbbüs Qrupunun Ofisinin açılışı olub

      Bakı Təşəbbüs Qrupunun Ofisinin açılışı olub
  21 Oktyabr 2023    Oxunub:1450
Bakı Təşəbbüs Qrupunun Ofisinin rəsmi açılış mərasimi olub.
Açılışda Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov, qurumun rəsmi şəxsləri, yerli və xarici qonaqlar iştirak ediblər.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 2023-cü il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb.

Qrup XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

AzVision.az


Teqlər:



Xəbər lenti