“Rossiya 24” Bakıdakı beynəlxalq konfrans haqda süjet hazırlayıb

“Rossiya 24” Bakıdakı beynəlxalq konfrans haqda süjet hazırlayıb
  21 Oktyabr 2023    Oxunub:1377
“Rossiya 24” telekanalı Bakıda keçirilən “Neokolonializm: insan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda beynəlxalq konfransla bağlı süjet hazırlayıb.
AzVision.az xəbər verir ki, süjetdə Fransanın ötən əsrdə Polineziyada 200-ə yaxın, Əlcəzairdə isə yüzlərlə eyni sınağı həyata keçirdiyi qeyd edilib.

Qeyd olunur ki, Fransanın qoyduğu minalara görə Əlcəzair sakinləri hələ də əziyyət çəkir: “Bəşəriyyətin müstəmləkə tarixində qanlı cinayətlərin əksəriyyətini Fransa törədib. O, Afrikanın, Cənub-Şərqi Asiyanın, Sakit okeanın onlarla ölkəsini işğal edib. Latın Amerikası bölgəsinin sərvətlərini talan edərək, xalqlarını uzun illər əsarət altında saxlayan Fransa bu ərazilərdə çoxsaylı hərbi cinayətlər törədib".

AzVision.az



Teqlər: Rossiya-24   Bakı   Tədbir  



Xəbər lenti