Naxçıvanda toy zamanı restoranda yanğın olub

Naxçıvanda toy zamanı restoranda yanğın olub
  21 Oktyabr 2023    Oxunub:1716
Naxçıvanda toy keçirilən restoranda yanğın olub, qonaqlar təxliyə edilib
AzVision.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhərində fəaliyyət göstərən restoranda yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində xəsarət alan olmayıb. Toyda iştirak edənlər təxliyə olunub.

AzVision.az



Teqlər: Naxçıvan   Toy   Yanğın  



Xəbər lenti