İşıq dirəyinə çıxıb intihar etmək istədi - Fotolar

   İşıq dirəyinə çıxıb intihar etmək istədi -    Fotolar
  22 Oktyabr 2023    Oxunub:1345
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağstafa rayonu, Saloğlu kəndində bir nəfərin intihar etmək məqsədilə işıq dirəyinə çıxması barədə məlumat daxil olub.
Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Ağstafa rayon Yanğından Mühafizə Hissəsinin xilasetmə qüvvələri cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1976-ci il təvəllüdlü H.İbrahimov işıq dirəyinə çıxaraq intihara cəhd edir.

Əraziyə cəlb olunmuş yanğınsöndürən-xilasedicilər vətəndaşla psixoloji söhbətlər apararaq onu intihar niyyətindən çəkindirib və yüksəklikdən endirərək aidiyyəti üzrə təhvil veriblər.






AzVision.az


Teqlər:



Xəbər lenti