8 nəfərdən 4 nəfər leytenant rütbəsi ilə xidmətə qəbul edilib. Xidmətə qəbul olunan mülki şəxslərdən 4 nəfərə isə leytenant ilk hərbi rütbəsi verilib.
“Bu ilin avqust ayında biz 9 nəfər veteranı işə qəbul etmişik. Çox sevindirici haldır ki, İkinci Qarabağ müharibəsinin iştirakçıları xidməti davam etmək üçün bizim qurumu seçib. Məhz bu qəhrəmanların şücaəti nəticəsində bu gün Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunub. Artıq Xankəndi, Xocavənd, Xocalı, Əsgəran Ağdərə və Sərsəng su anbarının ərazisində də Azərbaycan bayrağı dalğalanır. Həqiqi hərbi xidmətə qəbul olunanlara uğurlar diləyirəm, çətin və şərəfli işlərində müvəffəqiyyətlər arzulayıram”, - deyə Mürsəl İbrahimov bildirib.
Qeyd edək ki, hərbi xidmətə qəbul olunan veteranlar müharibədə iştirak etdiklərinə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamları ilə müxtəlif medallarla təltif olunublar.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


