Abdullahiyan Ceyhun Bayramovu qarşıladı - Yenilənib
Ceyhun Bayramov "3+3" formatında xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün İrandadır.
***
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranda səfərdədir.
Bu barədə AzVision.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
***
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov “3+3” formatında birinci nazirlər görüşündə iştirak etmək məqsədilə İran İslam Respublikasına işgüzar səfərə yola düşüb.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat verib. Səfər çərçivəsində nazir Ceyhun Bayramovun tədbirdə çıxışı, eləcə də ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


