Adil Kərimlinin vətəndaş qəbulunun vaxtı dəyişdirildi

Adil Kərimlinin vətəndaş qəbulunun vaxtı dəyişdirildi
  23 Oktyabr 2023    Oxunub:1327
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən oktyabrın 27-də saat 10:00-da Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzində (Ünvan: Sumqayıt şəhəri, Zülfü Hacıyev küçəsi 53) Sumqayıt şəhəri, Abşeron, Xızı və Qubadlı rayonlarından olan vətəndaşların qəbulu tarixi dəyişdirilib.
Nazirlikdən AzVision.az -a bildirilib ki, vətəndaşların qəbulu oktyabrın 31-də saat 10:00-da yuxarıda qeyd olunan ünvanda keçiriləcək.

AzVision.az


Teqlər:



Xəbər lenti