Gəncədə avtobus qəzasında 8 nəfər xəsarət alıb - ADLAR

 Gəncədə avtobus qəzasında 8 nəfər xəsarət alıb -  ADLAR
  23 Oktyabr 2023    Oxunub:1789
Gəncə şəhərində baş verən yol qəza hadisəsi ilə əlaqədar oktyabrın 23-də, saat 14:00 radələrində TƏBİB-in tabeliyindəki Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub.
Gəncədə avtobus aşdı, yaralılar var - Video
TƏBİB-dən AzVision.az -a verilən məlumata görə, hadisə yerinə 12 təcili tibbi yardım briqadası cəlb edilib. Hadisə nəticəsində xəsarət alan 5 nəfər Zülfüqar Məmmədov adına xəstəxanaya, 2 nəfər Abbas Səhhət adına xəstəxanaya, 1 nəfər isə Uşaq Xəstəxanasına təxliyə olunub. Hazırda onlara zəruri tibbi xidmətlər göstərilir.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, Gəncədə Xan bağı ərazisində sərnişin avtobusu yolun kənarındakı xəndəyə düşərək aşıb.



***
Gəncədə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub.

Baş verən hadisə zamanı - 1972-ci il təvəllüdlü Səbinə Həsənova, 1988-cil təvəllüdlü Gülay Verdiyeva, 1985-ci il təvəllüdlü Emin Hüseynov, 1988-ci il təvəllüdlü Elnarə Ələkbərova, 2007-ci il təvəllüdlü Gülay Hüseynova və 2006-cı il təvəllüdlü Gülçin Alıyeva xəstəxanalara yerləşdiriliblər.

AzVision.az


Teqlər:   Avtobus   Qəza  



Xəbər lenti