Laçınlı ailə 34 il sonra həmin fotonun eynisini çəkdirdi

   Laçınlı ailə 34 il sonra həmin fotonun eynisini çəkdirdi
  24 Oktyabr 2023    Oxunub:2719
Laçınlı ailə 1989-cu ildə çəkdirdiyi fotonu 34 il sonra eyni məkanada yeniləyib.
AzVision.az xəbər verir ki, foto Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin feysbuk hesabında paylaşılıb. Ailə rayon işğaldan azad olunandan sonra həmin yerdə o fotonun eynisini çəkdirib.

Qeyd edək ki, Laçın 18 may 1992-ci ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. 2020-ci il dekabrın 1-də Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında imzalanan üçtərəfli bəyanata müvafiq olaraq Laçın rayonu boşaldılaraq Azərbaycana təhvil verilib.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti