Ötən il 158 şəxsə mühafizə orderi verilib, 7-si kişidir

   Ötən il 158 şəxsə mühafizə orderi verilib,    7-si kişidir
  25 Oktyabr 2023    Oxunub:1486
Ötən il Azərbaycanda 158 şəxsə mühafizə orderi verilib.
AzVision.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatında əksini tapıb.

Qeyd edilib ki, 2022-ci il ərzində 146-sı qısamüddətli, 12-si uzunmüddətli olmaqla ümumilikdə 158 mühafizə orderi icraatda olub. Onlardan 151-i qadınlar, 7-si kişilər barədə verilib. Orderlərin icrasına nəzarət Ədliyyə Nazirliyinin İcra və Probasiya şöbələri tərəfindən həyata keçirilib.

AzVision.az


Teqlər:



Xəbər lenti