Azərbaycanda ana olan şagirdlər - Sayları artıb

      Azərbaycanda ana olan şagirdlər    - Sayları artıb
  25 Oktyabr 2023    Oxunub:1369
Azərbaycan üzrə 2022-ci ildə 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı 2011 nəfərdir.
AzVision.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatında əksini tapıb.

Qeyd edilib ki, bu, 2021-ci illə müqayisədə 361 nəfər çoxdur. Ən yüksək göstəricilər Qazax-Tovuz (280 nəfər), Mərkəzi Aran (245 nəfər) və Qarabağ (240 nəfər) iqtisadi rayonları üzrə qeydə alınıb.

AzVision.az


Teqlər:



Xəbər lenti