Sabah qısa müddətli yağış yağacaq

   Sabah qısa müddətli yağış yağacaq
  25 Oktyabr 2023    Oxunub:1255
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən məlumata görə, lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.

Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 14-17° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 26-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 21-26° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacaq.

AzVision.az


Teqlər:



Xəbər lenti