Nazir müavinliyindən icra başçılığına - DOSYE

   Nazir müavinliyindən icra başçılığına -    DOSYE
  25 Oktyabr 2023    Oxunub:1332
Prezident İlham Əliyevin bu gün Samux rayonuna yeni təyin etdiyi icra başçısı Ekologiya və Təbii Sərvətlər nazirinin sabiq müavini olub.
AzVision.az yeni icra başçısının dosyesini təqdim edir.
Samuxun icra başçısı dəyişib

Firdovsi Əliyev 1961-ci il mayın 5-də Lerik rayonunun Monidigah kəndində anadan olub. O, 1983-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya-biologiya fakültəsini bitirib, 1988–1991-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyası Coğrafiya İnstitutunda aspirant olub, 1991–1993-cü illərdə AMEA Coğrafiya İnstitutunda kiçik elmi işçi, 1993–2000-ci illərdə AMEA Torpaq və Aqrokimya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb, 1994-cü ildən kənd təsərrüfatı elmləri namizədidir.

Yeni icra başçısı 2000-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1995–2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

O, 2002-ci ildə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ekoloji Siyasət İdarəsinin rəisi və 2003-cü ildə Ekspertiza İdarəsinin rəisi işləyib, 2004-cü ildən 2023-cü ilin mart ayınadək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini vəzifəsində çalışıb. Daha sonra ekologiya və təbii sərvətlər nazirinə müşavir təyin edilib.

2021-ci ildə Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətlərinə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

Aytən Zəhra
AzVision.az


Teqlər:   İcrabaşçısı   Samux  



Xəbər lenti