Sabirabadda yeniyetmə 58 yaşlı kişini bıçaqlayıb

Sabirabadda yeniyetmə 58 yaşlı kişini bıçaqlayıb
  25 Oktyabr 2023    Oxunub:1326
Sabirabadda bıçaqlanma hadisəsi olub.
AzVision.az -ın məlumatına görə, hadisə Sabirabad rayonunun Güdəcühür kəndində qeydə alınıb.

Həmin kənddə məskunlaşan Cəbrayıl sakini, 1965-ci il təvəllüdlü Surxay Hüseyn oğlu Alməmmədov bıçaqlanıb.

Yaralı Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.

Surxay Alməmmədovun Ağdam rayon sakini, 2006-cı il təvəllüdlü Əsgərov Samir Ramiz oğlu tərəfindən bıçaqlandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.(Apa)

AzVision.az



Teqlər:



Xəbər lenti