Türk deputat Azərbaycana qahmar çıxdı
Türkiyəli millət vəkili qeyd edib ki, Türkiyə-Ermənistan münasibətlərinin həlli birbaşa olaraq Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindən asılıdır.
Onun sözlərinə görə, rəsmi Ankara Ermənistanla münasibətlərində pozitiv köklənib, lakin xüsusilə də 1915-ci il hadisələrinə dair Ermənistan tərəfindən səslənən mənasız ittihamlar, Ermənistanı arzu olunan nəticələrə gətirib çıxarmayacaq və yalnız bu ölkənin vəziyyətini daha da ağırlaşdıracaq: "Vaxtilə Ermənistanın Konstitusiya Məhkəməsi Türkiyə-Ermənistan protkollarının üstündən xəttə çəkdi".
Qeyd edək ki, seminarda iştirak Ermənistan parlamentinin nümayəndələri Türkiyəni bu ölkəni blokadada saxlamaqda və Azərbaycana dəstək verməkdə ittiham ediblər. Onların fikrincə , bu regionda sülh və sabitliyin yaranmasına mane olur.(Trend)
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


