`Ermənistan NATO PA-dan çıxarılmalıdır` - Ziyafət Əsgərov

`Ermənistan NATO PA-dan çıxarılmalıdır` - Ziyafət Əsgərov
  17 İyun 2014    Oxunub:977
Ermənistan işğalçı və terrorçu dövlət olduğu üçün NATO PA-dan çıxarılmalıdır.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclis sədrinin 1-ci müavini, Azərbaycanın NATO Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov Bakıda NATO PA-nın "Cənubi Qafqaz: Çağırışlar və imkanlar" mövzusunda keçirilən 86-cı Rouz-Rout seminarının 2-cü günündə Ermənistan nümayəndə heyətinin təxribatçı əməllərinə münasibət bildirərkən deyib.

I vitse-spiker bildirib ki, seminar zamanı həqiqətə uyğun olmayan məlumatlar səsləndirərək Azərbaycanı təxribata sürükləmək istəyən və Azərbaycanın hərbi büdcəsinin artmasından narahat olan Ermənistan nümayəndə heyətinə sərt cavab verib: "Ermənistan nümayəndə heyəti seminarda dünəndən bəri təxribatla məşğul olur. Azərbaycana sataşırlar. Sual adı altında Azərbaycanın əleyhinə danışırlar. Orduda islahatların aparılması çox önəmli bir məsələdir. Ümumi daxili məhsulumuz artırsa, hərbi büdcəmiz, təhsil, səhiyyə büdcəmiz də artır".

Z.Əsgərov hətta Ermənistan rəhbərliyi ilə yanaşı, seminarda iştirak edən Ermənistan parlamentinin nümayəndəsi Tevan Poqosyanın atasının da terrorçu olduğunu açıqlayıb: "Mən erməni məruzəçilərə sual verirəm: işğal olunmuş torpaqları nə vaxt qaytaracaqsınız? Siz Azərbaycanda 30-dan çox terror aktı törətmisiniz. Terror Ermənistanın siyasətidir. Ermənistanın başında terrorçu Sarkisyan durur. Ter-Petrosyan da terrorçu idi. Söhbət mənim ölkəmin taleyindən gedir. Sumqayıtda hadisəni torədən sovet KQB-si idi. Poqosyan, sənin atan Azərbaycanda terror törədib. İNTERPOL tezliklə onu Azərbaycana gətirəcək".

Ermənistanın işğalçı və terrorçu dövlət olduğunu əsas gətirən Z.Əsgərov bu ölkənin NATO PA sıralarından xaric olunmasını təklif edib: "Ermənistan işğalçı və terrorçu dövlətdir. NATO PA-dan çıxarılsın".

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindən çıxarılmış yüz minlərlə insanın 20 ildir yurd-yuvasız qaldığını deyən I vitse-spiker bildirib ki, Azərbaycan hərbi sahədə islahatlarını da, Ordunun silahlanmasını da davam etdirəcək.


Teqlər:  





Xəbər lenti