1149 müəllim iş yerini dəyişmək istəyir - NAZİRLİK

İyunun 18-də ibtidai sinif, iyunun 19-da ingilis dili və informatika, iyunun 20-də biologiya, coğrafiya, kimya, iyunun 21-də fizika, tarix, iyunun 23-də riyaziyyat, rus dili, alman dili, əmək hazırlığı (texnologiya), fiziki tərbiyə, musiqi, təsviri incəsənət müəllimləri üçün yerdəyişmə üzrə müsabiqə keçiriləcək.
Qeyd edək ki, yerdəyişmə üçün müraciət etmiş 1149 müəllimdən 771 nəfərinin ərizəsi təsdiqlənərək müsabiqəyə buraxılıb. Müsabiqə iyunun 17-dən 23-dək keçiriləcək.
Sevinc İltifatqızı
AzVision.az