Putin Azərbaycanı “yeni SSRİ”yə dəvət etməyib

Bu barədə Bakıda keçirilən mətbuat konfransında Rusiya XİN-in rəhbəri Sergey Lavrov bildirib.
“Biz həmişə vurğulamışıq ki, Gömrük Şurası və Avrasiya İqtisadi İttifaqına yaxınlaşmağa maraq göstərəcək istənilən bizim tərəfdaşımıza şadıq”, -deyə Lavrov bildirib.
Qeyd edək ki, Rusiya, Belarus və Qazaxıstan may ayının 29-da Astanada Avrasiya İqtisadi İttifaqının yaradılması barədə saziş imzalayıb. Saziş 2015-ci il yanvarın birində qüvvəyə minəcək.
Eldar Tanrıverdiyev
AzVision.az