“Ərşad İbrahimov reket jurnalistdir” - Prokurorluq

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun AzVision.az-a verdiyi məlumata görə, M.Bağırovun müraciəti əsasında Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. Ə.İbrahimova həmin maddədə nəzrədə tutulan ittiham elan edilməklə barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmişdir. İş üzrə istintaq tamamlanaraq baxılması üçün Gəncə şəhər Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmə baxışı zamanı Ə.İbrahimov şahidlərə qanunsuz təsir göstərməklə məhkəmənin normal gedişinə mane olduğuna görə barəsində həbs qətimkan tədbiri seçilib.
Bəzi kütləvi informasiya vasitələrində Ə.İbrahimovun guya “Azadlıq” qəzetinin əməkdaşı olması barədə informasiyalar həqiqəti əks etdirmir.