`Leyla Yunus Bakıya gələn ermənilərlə əlbir idi`

`Leyla Yunus Bakıya gələn ermənilərlə əlbir idi`
  18 İyun 2014    Oxunub:910
`Ermənilər bura konkret təxribat məqsədilə gəlmişdilər. Bu birmənalıdır. Onlar bu məqsədləri üçün hətta seminarın proqramına da zidd getdilər. Gündəlikdə Azərbaycana aid olan və ya olmayan mövzularda yerlərindən söz alıb tez-tez Azərbaycana atmaca atırdılar, qara yaxmağa çalışırdılar`.
AzVision.az xəbər verir ki, bu sözləri apa-ya müsahibəsində Milli Məclis sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri, NATO Parlament Assambleyasında (PA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov deyib.

Vitse-spiker vurğulayıb ki, digər tərəfdən, Leyla Yunus faktoru onların planlarının tərkib hissəsi idi: `Onlar Leyla Yunusla birlikdə seminarın birinci günü burada bir şou düzəltməklə nəsə etmək istədilər, amma qarşısı alındı. Buna heç şübhəniz olmasın! Onlar arasında əvvəldən danışıq olub, çoxlu faktlar var. Əlbir olub seminar boyu Azərbaycana qarşı təxribat törətmək istəyirdilər, amma qarşısı çox uğurla alındı. Hətta seminarın rəhbərliyi çox sivil qaydada Leyla Yunusa ayrıca izah etdi ki, bura onun üçün siyasi mitinq yeri deyil. Bura NATO-nun tədbiridir, dəvət olunub, gəlib, oturub sivil qaydada çıxışını eləsin. Gündəlikdə olan məsələlərlə bağlı öz fikirlərini sivil qaydada deyə bilər`.

Ziyafət Əsgərov xatırladıb ki, 2004-2008-ci illərdə Azərbaycanda bu “Rose-Roth” seminarı keçirilmişdi. Amma o vaxt ermənilər heç birində bura gəlmədilər: `Bəs xeyir ola indi gəliblər? Yəni o vaxt da gələ bilərdilər. Eyni zamanda biz xarici ölkələrdə eyni beynəlxalq tədbirlərə düşəndə bu ermənilər, ümumiyyətlə, danışmırlar, yaxud çox cüzi, zəif çıxış edirlər. Amma burada böyük aktivlik göstərmək istədilər. Bu, böyük təxribatın tərkibi idi. Leyla Yunus da onları dəstək üçün Bakıda gözləyirdi. Amma məqsədləri ürəklərində qaldı. Heç nə də alınmadı. Seminar çox yüksək səviyyədə işini tamamladı. Qarşıya qoyulan bütün məsələlər uğurla müzakirə olundu`.


Teqlər:  





Xəbər lenti