Bakı metrosu yeni rejimə keçdi

Bakı metrosu yeni rejimə keçdi
  19 İyun 2014    Oxunub:840
İyunun 17-dən Bakı Metropolitenində qatarlar yay qrafikinə uyğun hərəkət etməyə başlayıb.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən verilən məlumaa görə, yay qrafikinə keçid sərnişin sıxlığının azalması ilə əlaqədardır. Belə ki, qış vaxtında metropolitendən təxminən 700 min sərnişin istifadə edirdisə, indi bu rəqəm 400-450 minə enib.

Məlumatda, həmçinin bildirilir ki, mövsümlə əlaqədar qatarlar arasında interval da artıb. Hazırda qatarlar sərnişinlərin sıxlığı nəzərə alınmaqla 4-6 dəqiqə intervalla hərəkət edir. Günün pik saatlarında isə hərəkət qrafiki qışda olduğu kimi qalır.


Teqlər:





Xəbər lenti