Prezidentdən nazirlərə mühüm tapşırıq

Prezidentin fərmanına əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Kənd Təsərrüfatı Nazirliyinə tapşırılıb ki, yerli özünüidarəetmə orqanlarının mülkiyyətində, bitkiçilik üzrə kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan fiziki və ya hüquqi şəxslərin icarəsində, istifadəsində və ya mülkiyyətində olan torpaq sahələrində aşkar etdikləri tərkibində narkotik maddələr olan yabanı bitkilərin məhv edilməsi üzrə tədbirlərin görülməməsi halları barədə Daxili İşlər Nazirliyini (DİN) məlumatlandırsınlar.