Döyülən uşağın müəllimi işdən qovuldu

Bundan əlavə, Azərbaycan Təhsil Nazirliyinin əmri ilə nazirliyin sistemində fəaliyyət göstərən dövlət uşaq müəssisələrində uşaqların saxlanması vəziyyətinin öyrənilməsi məqsədilə Monitorinq Qrupu yaradılıb və qrup tərəfindən 2013-cü ilin iyul ayından internat məktəblərində monitorinq keçirilib.
Monitorinq zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün zəruri tədbirlər görülüb və bu istiqamətdə işlər davam etdirilir.
Nazirlik bildirir ki, sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbinin əmək hazırlığı müəllimi Aidə Hüseynova antipedaqoji hərəkətlərə yol verdiyi üçün Bakı şəhəri Suraxanı rayon Prokurorluğunun 2013-cü il 8 noyabr tarixli 287c-13 nömrəli təqdimatına və Suraxanı rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın 2013-cü il 17 sentyabr tarixli qərarına əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə uyğun olaraq, onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.
Dövlət uşaq müəssisələrində videokameralar quraşdırıldıqdan sonra həmin müəssisələrdə uşaqların saxlanması vəziyyəti, onlara göstərilən xidmətlə bağlı hər hansı neqativ halın aşkarlanıb-aşkarlanmamasına gəldikdə, Təhsil Nazirliyi bildirib ki, aparılan çoxsaylı monitorinqlər zamanı internat məktəblərində uşaqların saxlanılması vəziyyəti və onlara göstərilən xidmətlə bağlı neqativ hal aşkarlanmayıb.
Teqlər: